“NATO ölkəsinin müdafiə nazirini oğurlayaq”.
KONKRET.az xəbər verir ki, bunu “Rossiya-1” telekanalının tok-şousunda Rusiya Federasiyası Dövlət Dumasının deputatı Oleq Morozov deyib. O, Kiyevə səfər edəcəyi təqdirdə NATO ölkəsinin müdafiə nazirinin qaçırılmasını təklif edib.
“Gec-tez müharibə bitəcək. Aydındır ki, sözsüz Rusiyanın qələbəsi ilə bitəcək. Bu müharibə bitəndə soruşacaqlar kim oldürüb bu insanları, hamilə qadınları, uşaqları? Kim cavab verəcək bu hərbi cinayətlərə? Və kim sponsorluq edirdi bi cinayətlərə?
Yaxın gələcəkdə hansısa mərhələdə NATO ölkəsinin hansısa hərbi naziri Zelenski ilə Kiyevə qatarla görüşməyə gedəcək və ora çatmayacaq. Və o, hardasa Moskvada ayılacaq”, – Dövlət Dumasının deputatı Oleq Morozov bildirib.
Skabeyevanın “Oğurlayaqmı?” sualına o, müsbət cavab verib.
“Bəli, sonra biz suallarımızı verəcəyik. Kimin nəyi əmr etdiyini, kimin konkret olaraq nəyə görə cavabdeh olduğunu biləcəyik. Kiyevə gedən bütün hərbi nazirlər Moskvada oyanmağın necə olduğunu düşünməlidirlər”, – Morozov deyib.
Qeyd edək ki, Morozov 1993-cü ildən deputatdır.
Xuraman Etibarlı,
KONKRET.az
