Qazaxıstan yığmasına daha bir neçə rusiyalı idmançı qoşulur.
KONKRET.az xəbər verir ki, bunlar konkisürənlər Yelizaveta Qolubeva və Kristina Silayevadır.
Qeyd edək ki, qızlar yalnız iki illik karantindən sonra Qazaxıstanı beynəlxalq yarışlarda təmsil edə biləcəklər.
Qolubevanın 26 yaşı var, dünya çempionatının dəfələrlə mükafatçısı və Avropa çempionatının qalibi, 23 yaşlı Silayeva isə Rusiya çempionudur.
Rəsmiyyə Şərifova,
KONKRET.az