Rusiya Ədliyyə Nazirliyi bloger İlya Varlamovu xarici agentlərin reyestrinə daxil edib.
Qeyd edək ki, “Xarici agent” anlayışı Rusiya qanunvericiliyinə 2012-ci ildəki etiraz dalğasından sonra daxil edilib. Əvvəlcə bunun siyasi fəaliyyətlə məşğul olan və xaricdən maliyyə alan QHT-lərə şamil edilməsi nəzərdə tutulurdusa, sonradan yeni status fiziki və hüquqi şəxslərə də şamil edilib.
2022-ci ilin dekabr ayından Rusiya Ədliyyə Nazirliyi xarici agentlərin vahid reyestrini aparır.
