Rusiyalı professor maşının üzərindəki “Putin kaput” sözlərinə görə HƏDƏLƏNDİbackend

Rusiyalı professor maşının üzərindəki “Putin kaput" sözlərinə görə HƏDƏLƏNDİ

Rusiyalı professor maşının üzərindəki “Putin kaput” sözlərinə görə təqibə məruz qalıb. 

KONKRET.az xəbər verir ki, Novosibirskdən olan alim İqor Prosanov maşının üzərindəki “Putin kaput” yazısına görə hədələnir.

Naməlum şəxslər professorun avtomobilinin təkərlərini deşib, özünü isə “asfaltda sürüyəcəklərinə” söz veriblər.

Alim polisə zəng edib. Şöbədə polislər ondan yazının silinməsini tələb ediblər. Və ona növbəti dəfə kömək edə bilməyəcəklərini deyiblər. Çünki rayonda patrul cəmi iki nəfərdir.

Qeyd edək ki, 2019-cu ildə İqor Prosanov artıq bir dəfə “ilişib”. Belə ki, professor Putinin Akademqorodoka səfəri zamanı “Putin Rusiyanın bəlasıdır” yazılmış jilet geyinib və buna görə zorla maşına mindirilib.

O, polisləri məhkəməyə verib. Məhkəmənin qərarı ilə polislər alimi qanunsuz saxladıqları üçün 5 min rubl cərimə edilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*