“Rusiyanı tərk edin!” – Bu ölkə vətəndaşlarına müraciət etdibackend

"Rusiyanı tərk edin!" – Bu ölkə vətəndaşlarına müraciət etdi

“Krokus Siti Holl”da baş verən terror aktından sonra ABŞ Dövlət Departamenti amerikalılara müraciət edib.

KONKRET.az xəbər verir ki, Dövlət Departamenti ölkə vətəndaşlarını Rusiyanı tərk etməyi tövsiyə edib.

“ABŞ vətəndaşları Rusiyaya getməməli, Rusiyada yaşayan və ya bu ölkəyə gedənlər isə dərhal ölkəni tərk etməlidirlər”, – deyə departament bildirib.

ABŞ səlahiyyətliləri terror aktı zamanı amerikalıların xəsarət alıb-almadığını araşdırır: “Biz vəziyyəti diqqətlə izləyirik və ABŞ vətəndaşlarının xəsarət alıb-almadığını müəyyən etməyə çalışırıq. Biz konsulluq yardımı göstərməyə hazırıq”.

“Krokus Siti Hall” da baş verən terror aktından sonra Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrienne Vatson bildirib ki, ABŞ hökuməti daha əvvəl Moskvada gözlənilən hücumla bağlı məlumat alıb. Onun sözlərinə görə, Amerika hakimiyyəti bu məlumatları Rusiya tərəfinə verib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*