Bazar günü, oktyabrın 23-də Rusiyanın aparıcı təbliğatçısı Semyon Peqov Donetsk yaxınlığında yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Peqovun təbliğat layihəsi olan WarGonzo Twitter-də məlumat yayıb.
“Təcili! Semyon Peqov Donetsk yaxınlığında yaralanıb. Ətraflı məlumat tezliklə”, – tvitdə deyilir.
Rusiya Telegram kanallarının məlumatına görə, Peqov ayağından yaralanaraq xəstəxanaya yerləşdirilib. “Tipik Donetsk” kanalının məlumatına görə, Peqovda sağ ayağın I-II barmaqlarının açıq sınığı, ayağın plantar hissəsinin kəsikləri var. Xəsarət Vodyanı rayonunda alınıb.
Qeyd edək ki, Semyon Pegov rusiyalı jurnalist, təbliğatçı və yazıçı, hərbi mövzuları və münaqişələri işıqlandıran WarGonzo layihəsinin yaradıcısıdır. O, həmçinin Rusiya xüsusi xidmət orqanlarına bağlı öz Telegram kanalını da saxlayır.
O, dəfələrlə Ukraynanın işğal olunmuş ərazisində görünüb və özünü “hərbi müxbir” adlandırıb. Peqovun reportajlarının səhnələşdirildiyi sübuta yetirilib.
Pegov Rusiyanın Ukraynaya qarşı müharibəsini işıqlandırmaqla dəfələrlə özünü biabır edib. Xüsusilə, bir neçə ay əvvəl təbliğatçı yaylım atəşi altında videoçarx çəkərək döyüş filmi yaratmaq qərarına gəlib.
Kadrlarda Peqovunrus əsgərinə “getdik” sözü və xarakterik jestlə atəş açmağı əmr etməsi göstərilir. Bundan sonra o, hava döyüşlərindən və “Ukrayna pilotsuz təyyarələrinin məhv edilməsindən” danışaraq “cəbhə xəttindən” qalxmağa başlayır.
Daha əvvəl Peqov Ukraynadan keçərək Moldovaya ketdiyini bildirib. Rusiyalının sözlərinə görə, guya ona Ukrayna sərhədçilərinin korrupsiyası kömək edib.

Xuraman Etibarlı,
KONKRET.az
