Rusiyanın İTKİLƏRİ – Ölən hərbçilərin sayı 42 mini keçdibackend

Rusiyanın İTKİLƏRİ - Ölən hərbçilərin sayı 42 mini keçdi

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 200 hərbçisi məhv edilib”.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 805 tank, 4 055 zirehli döyüş maşını, 958 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 132 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 750 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 978 avtomobil texnikası və avtosistern, 86 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*