“Rusiyanın Kaxovka SES-in dağıdılmasında əli var” – ABŞ kəşfiyyatıbackend

"Rusiyanın Kaxovka SES-in dağıdılmasında əli var" - ABŞ kəşfiyyatı

“ABŞ prezident administrasiyasındakı mənbələrə görə, Rusiyanın Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılmasına görə məsuliyyət daşıdığına dair kəşfiyyat məlumatları var”.

KONKRET.az xəbər verir ki, bu barədə NBC News kanalı məlumat yayıb.

“İnsidentlə bağlı bəzi kəşfiyyat məlumatlarının iyunun 6-da açıqlana biləcəyi gözlənilir. ABŞ hələ də bəndin partladılması ilə bağlı rəsmi açıqlama verməyib. Ağ Evin sözçüsü mediaya yalnız onu bildirib ki, Vaşinqton bu xəbərdən çox narahatdır və daha çox təfərrüat öyrənməyə çalışır.

Qərb rəsmisinin sözlərinə görə, partlayışın motivi hələ də araşdırılır, lakin dağılma Ukrayna qüvvələrinin çayı keçməsini çətinləşdirəcək və həmçinin ciddi humanitar problem yaradacaq.

Eyni zamanda, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə bildirib ki, ABŞ Kaxovka SES ətrafında vəziyyəti diqqətlə izləyir”, – deyə məlumatda qeyd olunur.

Günel Mikayılova,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*