Rusiyanın nüfuzlu nəşri İran Prezidentinin karikaturasını dərc etdi – FOTObackend

Rusiyanın nüfuzlu nəşri İran Prezidentinin karikaturasını dərc etdi - FOTO

Rusiyada İran Prezidentinin karikaturası paylaşılıb.

KONKRET.az xəbər verir ki, Rusiya Kommunist Partiyasının orqanı olan “Pravda” qəzeti İbrahim Rəisinin karikaturasını dərc edib. Karikaturanın altında “Donmuş Rəisi Kremlin bağlı qapısı arxasında gözləyir” sözləri yazılıb.

Bir müddət öncə Rusiyaya rəsmi səfər etmiş İran Prezidentini Rusiya Federasiyasının Prezidenti qəbul edib və bu görüş İran mediasında müzakirələrə səbəb olmuşdu.

Belə ki, görüş zamanı Prezident V.Putin  Rəisini uzaqdan salamlamış, onunla əl sıxmaq belə istəməmişdi. Başqa bir narazılıq da İran bayrağının heç bir qəbulda olmaması ilə bağlı olmuşdu.

İndi də Rusiyanın nüfuzlu nəşri İran Prezidentinin karikaturasını paylaşmaqla iranlı sosial şəbəkə istifadəçiləri arasında çaxnaşma yaradıb. Onlar öz ölkələrinin ələ salındığını vurğulayaraq bunun günahını elə hökumətin özündə görüblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*