Naməlum hakerlər Rusiyanın “Kommersant FM” radiostansiyasını sındırıblar.
KONKRET.az xəbər verir ki, efirdə əvvəlcə Ukraynanın himni səsləndi, Sonra Rusiyada anti-müharibə görə təqib olunmağa başlayan “Nogu Svelo” qrupunun lideri Maks Pokrovskinin“Bizə müharibə lazım deyil” mahnısı və Andrey Xlivnyukun ifasında “Çervona viburnum” mahnısı səsləndirilib.
Kiberməkan Ukrayna və Rusiya arasında döyüş meydanına çevrilib. Ən məşhur qrup Rusiya hökumətinə kibermüharibə elan edən Anonymous qrupudur.
Rusiya işğalı başlayandan bəri hakerlər Rusiya Müdafiə Nazirliyinin, Roskomnadzorun, Kremlin və Rusiyanın digər orqanlarının saytlarını sındırıb, şəbəkəyə məlumatlar sızdırıblar.
Xuraman Etibarlı,
KONKRET.az
