Rusiyanın tacikəsilli müğənnisi ilə bağlı araşdırma başlayacaqbackend

Rusiyanın tacikəsilli müğənnisi ilə bağlı araşdırma başlayacaq

Rusiyanın İstintaq Komitəsi tacikəsilli müğənni Manijanın açıqlamasını “terrora haqq qazandırmaq” maddəsi üzrə araşdıracaq.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya səbəb Rusiyanı “Eurovision” mahnı yarışmasında təmsil etmiş tacikəsilli müğənni terrorçuların saxlanması zamanı onlara işgəncə verilməsinə etiraz edib.

Milli və tarixi irsin mühafizəsi fondunun həmtəsisçisi Aleksandr Karabanov müğənninin sözügedən paylaşımı ilə əlaqədar İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə müraciət edib. O, ölkəni tərk edən Manija ilə bağlı araşdırma aparılmasını istəyib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*