“Ruslar qüvvələrini Belarusun hərbi aerodromlarında cəmləşdirir” – Ukrayna Baş Qərargahıbackend

"Ruslar qüvvələrini Belarusun hərbi aerodromlarında cəmləşdirir" - Ukrayna Baş Qərargahı

Ruslar qüvvələrini Belarusun hərbi aerodromlarında cəmləşdirir.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəis müavini briqada generalı Aleksey Qromov brifinq zamanı danışıb.

“Baş Qərargah Rusiya Federasiyasının Belarusdakı bütün hərəkətlərini izləyir. Biz görürük ki, düşmən Zabrovka hərbi aerodromundan əlavə, öz qoşunlarını Belarusun digər aerodromlarına da keçirməyə çalışır. Həmçinin onun poliqonlarında fəal təlimlər həyata keçirir”, – deyə Qromov bildirib.

Eyni zamanda o qeyd edib ki, hazırda qonşu respublika ərazisindən hücum qruplaşmasının yaradılmasına nəzarət edilmir, lakin təhlükələr var və olacaq.

O əlavə edib ki, düşmən Belarus istiqamətindən kamikadze pilotsuz uçan aparatlardan fəal şəkildə istifadə etməkdə davam edir. Bu həftə Rusiya hərbçiləri Belarus ərazisindən 10 “Şahed” pilotsuz uçan aparatını havaya buraxıblar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*