Ruslar sürətlə hücum edir – Volçanskda küçə döyüşü gedirbackend

Ruslar sürətlə hücum edir - Volçanskda küçə döyüşü gedir

Rusiyanın Xarkov vilayətinə hücumu sürətlə davam edir. Hazırda Volçanskda küçə döyüşləri başlayıb.

KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun komandirlərindən olan Denis Yaroslavski məlumat verib.

Onun sözlərinə görə, Volçanskda vəziyyət ağırdır, şəhər mühasirə təhlükəsindədir:

“Bu gün 57-ci briqada “Ştorm Z”-nin hücumunu dayandırdı. Briqada artilleriyası onların bölüyünü və zirehli texnikalarını məhv etdi. Amma düşmən ehtiyat qüvvələri göndərir. Küçə döyüşləri başlayıb, şəhər mühasirəyə alınır. Bunu ona görə deyirəm ki, həlak ola bilərik, həqiqəti heç kim eşitmir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*