“Russia Today”in jurnalisti Krımda poliqonda öldübackend

“Russia Today”in jurnalisti Krımda poliqonda öldü

“Russia Today” media qrupunun regional bölməsinin rəhbəri Svetlana Babayeva Krımda hərbi idman atıcılığı ilə təlimlərin keçirildiyi poliqonlardan birində baş vermiş qəza nəticəsində ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Media Holdinqin mətbuat xidməti məlumat yayıb.

“Kor güllə… Sveta, onun enerjisi və həvəsi üçün hamımız çox darıxacağıq…”, – mətbuat xidməti RT-nin baş direktoru Dmitri Kiselyovdan sitat gətirib.

Qeyd edək ki, S.Babayeva 2019-cu ildən RT-nin Krımdakı bölməsinə rəhbərlik edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*