Tanınmış telejurnalist, uzun illər ANS, ATV və SPACE kanallarında işləmiş Rüstəm Əbülfətoğlu bir illik maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.
KONKRET.az xəbər verir ki, o, özünün facebook səhifəsində bunları bildirib:
“Mən, Azərbaycan Respublikasının vətəndaşı Rüstəm Əbülfətoğlu Əhmədov bir illik əməkhaqqımı KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA İANƏ EDIRƏM.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nümunəvi addımı məni də bir vətəndaş olaraq həqiqətən təsirləndirdi və bəzi insani dəyərlərə daha dərindən yanaşmağı, hər birimizin qapısını döyə biləcək bu ağır faciənin qarşısını vaxtında almaq üçün biganə qalmamaq zərurətini ortaya qoydu.
Bir müddət öncə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da xalqa müraciətində insanlarımızı bir birimizə biganə qalmamağa səsləmişdi: “Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır. Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. BİGANƏLİYƏ QARŞI İMMUNİTETİ İSƏ HƏR KƏS ÖZÜNDƏ FORMALAŞDIRMALIDIR.”
BU GÜN VƏHDƏT GÜNÜDÜR, BİRLİK GÜNÜDÜR!
Məncə bu gün hər bir AZƏRBAYCAN vətəndaşı, sahibkarından, mədəniyyət və incəsənət adamından tutmuş diaspora üzvünə qədər hər kəs bu çağırışa imkanı daxilində qoşulmağa borcludur.
Şəxsən mən bu borcu nə zamansa QARABAĞla bağlı Ali Baş Komandanın mümkün cağırışına paralel görürəm. Başqa sözlə bu günkü koronavirus testi sabahın QARABAĞ imtahanında birliyimizin göstəricisidir.
Yaşasın qüdrətli AZƏRBAYCAN!
Yaşasın həmrəy XALQIMIZ!”