Rza Pəhləvinin çıxışından sonra İranın ali lideri xalqa “xəbərdarlıq” edib.
KONKRET.az xəbər verir ki, Keçmiş Pəhləvi sülaləsinin şahzadəsi Rza Pəhləvinin dünən Vaşinqtonda baş tutan və BBC kanalında canlı yayımlanan çıxışından bir gün sonra İranın ali lideri Əli Xamanei xalqa dırnaqarası xəbərdarlıq edib.
Şah ailəsinin yenidən İranda hakimiyyəti ələ keçirməsindən qorxuya düşən Xamanei bununla bağlı xəbərdarlıq edərək bunun “irtica” olduğunu iddia edib.
Ali lider bu barədə İslam Cümhuriyyətinin qurucusu Ruhullah Xomeyninin vəfatının 32-ci ildönümü ilə bağlı mərasimdə çıxışı zamanı deyib. O, siyasətdə və həyatda Qərbin həyat tərzinə sadiq qalmağın “irtica” olduğunu iddia edib.
“Pəhləvilər dövründə Qərb həyat tərzi üstünlük təşkil edirdi. İnqilab bunu rədd etdi. Qərb həyatına, mədəniyyətinə gedən hər kəs mürtəcidir. Ölkənizin mürtəci yoluna getməsinə imkan verməyin”, – deyə Xamenei söyləyib.
O, daha sonra İslam İnqilabını Fransa və Rusiya inqilabları ilə müqayisə edərək, inqilabdan sonrakı Fransada xalqın meydanda olmaması səbəbindən həmin ailələrin yenidən hakimiyyətə qayıtdığını bildirib.
Xatırladaq ki, Rza Pəhləvi dünən Vaşinqtonda baş tutan canlı çıxışında İslam rejiminin mütləq devriləcəyini deyib. Xuzestan əyalətinin şəhərləri başda olmaqla, İranın bir sıra bölgələrində kütləvi etirazların baş tutduğu bir vaxtda Əli Xameneinin bu xəbərdarlığı hətta hakimiyyətin daxilində belə devrilmə qorxusunun olduğunu göstərir.
Xuraman Etibarlı,
KONKRET.az

Biz qerbe arxalandix 30 il torpaqlarmiz isqal altda qaldi ozumuz de tehqir olunduq. O kisi duz deyir, qerb vehsidi yirticidi onlarin etdikler muharibelere isqallara baxmaq yetee