Saakaşvili seçkilərlə bağlı gürcü müxalifətinə ÇAĞIRIŞ ETDİbackend

Saakaşvili seçkilərlə bağlı gürcü müxalifətinə ÇAĞIRIŞ ETDİ

Gürcüstanın həbsdə olan eks-prezident Mixail Saakaşvili oktyabrda keçiriləcək parlament seçkilərində müxalifətin vahid siyahısının yaradılmasını israrla tələb edir.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, eks-prezident bu barədə lideri olduğu siyasi partiyanın prezident Salome Zurabişvilinin təklif etdiyi “Gürcüstan Xartiyası”na qoşulmasını şərh edərkən bildirib.

Saakaşvili hesab edir ki, müxalifət irəli getməlidir: “Biz prezidentliyə vahid namizədin müəyyənləşməsi ilə bağlı fəaliyyətimizi koordinasiya etməyi bacarmalıyıq”.

O, əlavə edib ki, lideri olduğu partiya siyahılardakı “kvotaların yarısını” digər partiyalara verməyə və onların reytinqlərinə əsasən bölüşdürməyə hazırdır.

Qeyd edək ki, S.Zurabişvilinin təklif etdiyi xartiya avropapərəst müxalifət üçün vahid fəaliyyət planıdır, lakin o, ümumi strukturun və ya ümumi siyahıların yaradılması öhdəliyi qoymur.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*