Sabahdan Ermənistanda hökumətə qarşı mitinqlər BAŞLAYIRbackend

Sabahdan Ermənistanda hökumətə qarşı mitinqlər BAŞLAYIR

Sabah İrəvanda hökumətə qarşı mitinq keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan sosial şəbəkə hesabında yazıb.

“Əziz həmvətənlər, aprelin 11-də saat 18:00-da “Birgə” hərəkatı İrəvanın Azadlıq meydanında mitinq keçirəcək.

Sabahkı mitinqin gündəliyində 2 məsələ var: “Arsax”ın tanınması və hazırkı hakimiyyətin istefası. Biz buna nail olacağıq.

Həmvətənlər, qardaş və bacılar, sosial şəbəkədəki dostlar, bizə qoşulun”, – deyə o müraciət edib.

P.S. Azərbaycanda ermənilərin kompakt yaşadığı ərazi Qarabağdadır, Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır.

“Arsax” deyilən bir yer yoxdur və onu heç Ermənistan 30 il ərzində tanımayıb. Bu cür absurd, gülünc “iddia”lar ancaq ermənilərin ağlına gələ bilər. 

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*