Sabirabadda avtomobil maneəyə çırpıldı, bir nəfər xəsarət aldıbackend

Sabirabadda avtomobil maneəyə çırpıldı, bir nəfər xəsarət aldı

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Azadakənd kəndində qeydə alınıb.

İlkin məlumata görə, “Jiquli” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə rayonun Azadakənd kənd sakini, 1996-cı il təvəllüdlü Fərzəliyev İbadət Saləddin oğlu müxtəlif xəsarətlər alıb.

Salyan Mərkəzi Rayon Xəstəxanasında ona ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*