Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti müşahidə olunur.
KONKRET.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, muxtar respublikanın bəzi dağlıq və dağətəyi ərazilərində yağıntılı hava şəraiti qeydə alınıb.
Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb. Məlumata əsasən, yağan dolunun diametri 1 santimetr olub.
Hazırda bölgədə hava şəraiti nəzarətdə saxlanılır.
