Şahzadənin oğlu həbs olundubackend

Şahzadənin oğlu həbs olundu

Norveç vəliəhdi şahzadə Hookonun ögey oğlu Marius Borq Höybi dörd il müddətinə həbs edilib.

KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə “Röyters” agentliyi Oslo məhkəməsinə istinadən məlumat yayıb.

O, təcavüz və digər cinayətlərdən təqsirli bilinir.

Məlumata görə, Höybi təcavüz ittihamları üzrə özünü təqsirli bilmir və verilən hökm üçün apellyasiyaya müraciət edəcək.

Qeyd edək ki, Kral ailəsinə qarşı cinayət işi 2024-cü ildə başlayıb və tədricən yeni detallar ortaya çıxıb. Höybi istintaq zamanı narkotik təsiri altında qurbanlardan birinə fiziki hücum etdiyini etiraf edib.

Xatirladaq ki, Höybi 2001-ci ildə anası Mette-Marit vəliəhd şahzadə Haakonla evləndikdən sonra kral ailəsinin üzvü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*