Salyan sakini intihar etdibackend

Salyan sakini intihar etdi

Salyan rayonunda intihar hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Çələbiyev Raqib Oruc oğlu yaşadığı evin həyətyanı sahəsindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*