Salyanda minik avtomobili aşdı – 4 nəfər xəsarət aldıbackend

Salyanda minik avtomobili aşdı - 4 nəfər xəsarət aldı

Salyanın Aşağı Kürkənd kəndində “Hyundai” markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

KONKRET.az-ın məlumatına görə, qəza nəticəsində Salyan şəhər sakinləri – 2005-ci il təvəllüdlü Kərəmov Qədim Faiq oğlu, 2007-ci il təvəllüdlü Məlikzadə Hüseyn İbad oğlu və qardaşı, 2003-cü il təvəllüdlü Məlikov Əliağa İbad oğlu və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*