Salyanda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındıbackend

Salyanda yetkinlik yaşına çatmayan qızın toyunun qarşısı alındı

Salyan rayonunda yerləşən şadlıq saraylarının birində yetkinlik yaşına çatmayan şəxsin toyunun keçiriləcəyi barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, faktla bağlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri bütün tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması məlum olub. Polis əməkdaşları oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*