Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
“Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində Sabirabad rayon sakini, 1984-cü il təvəllüdlü Səbuhi Həsənov, Salyan rayon sakinləri – 1991-ci il təvəllüdlü Könül Eminova, 1964-cü il təvəllüdlü Sevil Məmmədova, 1965-ci il təvəllüdlü Gülxar Abdulova və 1988-ci il təvəllüdlü Elnarə Mehdiyeva xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
