“Hər il 24 aprel tarixində xüsusilə ABŞ dövlətindən saxta “erməni soyqırımı” ilə bağlı bəzi açıqlamaları olur. İndiyədək Reyqandan başqa heç bir dövlət başçısı “soyıqırım” ifadəsinə yol verməyib”.
KONKRET.az xəbər verir ki, bunu APA-nın yerli bürosuna Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, AKP İstanbul millət vəkili Şamil Ayrım deyib.
Millət vəkili bildirib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden prezident seçkilərinə hazırlıq dövründə erməni lobbisinə bu ifadəni işlədəcəyi ilə bağlı söz verməklə Türkiyə-ABŞ əlaqələrinə kölgə salan davranışlara yol verdiyinin fərqində olmalıdır: “Amma belə bir vədi seçki kampaniyasında keçmiş prezident Donald Tramp versə də, sonradan vədinə əməl etmədi. Co Baydenin hansı ifadə səsləndirməsindən asılı olmayaraq, bu məsələnin heç bir hüquqi əsası yoxdur. Dünən Prezidentimiz Co Baydenlə görüşü oldu. Bu danışıqların nə ilə nəticələnəcəyini gözləyirik”.
