Samuxda minik maşını aşıb, sürücü xəsarət aldıbackend

Samuxda minik maşını aşıb, sürücü xəsarət aldı

Samux rayonunda yol qəzası baş verib. 

KONKRET.az-ın xəbərinə görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Ağır xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*