“Ermənistan və Çin arasında əməkdaşlığı yeni, strateji səviyyəyə qaldırmaq üçün vaxt yetişib, çünki beynəlxalq gündəlikdəki bir sıra məsələlər üzrə hər iki ölkənin maraqları oxşardır”.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan “Zhenmin Ribao”da dərc olunan “Erməni və Çin xalqlarının ortaq taleyi” adlı məqaləsində yazıb.
Sarkisyan qeyd edib ki, o, Çin liderinin böyük dövlətlərin kiçik dövlətlərlə münasibətdə ədaləti maraqlardan üstün tutması fikrini bölüşür. Elə buna görə də Sarkisyan əmindir ki, bərabər və nizamlı çoxqütblü dünyanın formalaşması ilk növbədə kiçik xalqların maraqlarına cavab verir və onların qanuni hüquqlarının bərpasına yönəlib.
“Ermənistan və Çin arasında diplomatik münasibətlərin qurulmasından 32 il sonra hər iki xalq insan inkişafı və yeni beynəlxalq münasibətlər sisteminin formalaşdırılması məsələlərində oxşar yanaşma və baxışlara sadiqdir.
Sarkisyan əlavə edib ki, ermənilər təəssüf ki, mövcud dünya nizamının dağılması nəticəsində dünyada və regionda qüvvələr balansının dəyişməsinin dağıdıcı nəticələrindən qaça bilməyiblər. Ona görə də məntiqlidir ki, erməni xalqı Çinin daha ədalətli, daha demokratik və ümumbəşəri dəyərlərə əsaslanan qlobal idarəçilik sistemi yaratmaq təşəbbüsünün tərəfdarıdır.
“Şübhə yoxdur ki, Çin Cənubi Qafqazdakı geosiyasi reallıqları çox yaxşı başa düşür və Pekin açıq şəkildə regionumuzda sülh və inkişafa yönəlmiş, Ermənistanı təcrid etmək məqsədi daşımayan beynəlxalq layihələrin həyata keçirilməsində maraqlıdır”, – deyə siyasətçi qeyd edib.
Eks-prezident Çinin regionda nəqliyyat əlaqələrini gücləndirmək səylərinə yeni təkan verməli olan Şimal-Cənub layihəsi çərçivəsində Ermənistan və Çin arasında zəngin əməkdaşlıq təcrübəsini son dərəcə vacib sayıb. Həm Ermənistan, həm də bir çox başqa ölkələr üçün böyük geosiyasi mərkəzlərin maraqlarının kəsişməsində olmaq həm çağırış, həm də fürsətdir. Bu mərkəzlər toqquşduqda kiçik dövlətlərin maraqları bəzən nəzərə alınmır.
“Sivilizasiyaların qovşağında yerləşən ölkəmiz həmişə Şimalla Cənubu birləşdirməyə, Şərqlə Qərb arasında körpülər salmağa çalışıb. “Dağlarda ada” olmaq heç vaxt bizim arzumuz və ya məqsədimiz olmayıb. KTMT və Aİİ üzvü olmaqla biz eyni vaxtda Çinin “Bir kəmər, bir yol” təşəbbüsündə maraqlı iştirakını təmin edə bilmişik, digər tərəfdən isə Qərblə sağlam münasibətlər qurmuş, onları heç vaxt digər supergüclərin maraqlarına qarşı qoymamışıq”, – deyə Sarkisyan qeyd edib.
Qeyd edək ki, Çin Ermənistanın üçüncü ən böyük ticarət tərəfdaşıdır – Rusiya və BƏƏ-dən sonra (2024-cü ilin yanvar-fevral). Ölkələr arasında ticarət dövriyyəsi 492 milyon dollar təşkil edib.
Natiq Səlim,
KONKRET.az

Bəsfi də ona-buna sümsük it kimi yalmandız. Onsuz da Ermənistan məhvə məhkumdur. Yadında saxla, ay Sərkisyan, cındıryan, oğraşyan, 2035-ci ildə üçrəngli bayrağımız İrəvanda dalğalanacaq, özü də bilirsən nə vaxt, mayın 28-də.