Sarkisyandan SENSASİON AÇIQLAMA: “On bir min fərari olduğunu dəqiq bilməsəm də, faktlar çoxdur”backend

Sarkisyandan SENSASİON AÇIQLAMA: "On bir min fərari olduğunu dəqiq bilməsəm də, faktlar çoxdur"

“On bir min nəfər fərari olduğunu dəqiq deyə bilməsəm də,  Akopyanın sözlərində qəribə heç nə yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağın işğalı dövründə Şuşa şəhərinin “mer”i olmuş Artsvik Sarkisyan deyib.

“44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin 11 min fərarisi olduğunu deyən Anna Akopyana niyə hamının hücum etdiyini başa düşə bilmirəm.

Mən bu müharibənin iştirakçısı olmuşam və hər şeyi öz gözlərimlə görmüşəm.

Müharibə gedirdi, amma bizimkilər qaçırdı. Hətta internetdə erməni hərbçilərinin mövqelərini, strateji əhəmiyyətli postları qoyub qaçması ilə bağlı kadrlar var.

Belə hadisələr çox olub, Amma dəqiq rəqəm deyə bilmərəm. Düz 11 min nəfər fərari olduğunu deyə bilməsəm də, faktlar çoxdur. Deməli, Akopyanın sözlərində qəribə heç nə yoxdur.

2016-cı ilin aprel müharibəsini xatırlayaq. Sizcə, o vaxt bizdə fərarilər yox idi? Sonra bir çox hərbçilərimiz Xankəndiyə qaçdılar. Dəqiq yadımdadır. Manvel Qriqoryan sonra həmin hərbçilərə zəng vurub irad tutdu. Onda mövqelərdə 50 əsgər olmalı idi, 25-i qalmışdı. Hərbçilərin yarısı qaçmışdı”, – deyə Sarkisyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*