“Savaş meydanında ölmədi, amma aptekdən dərman alarkən həlak oldu” – VİDEObackend

"Savaş meydanında ölmədi, amma aptekdən dərman alarkən həlak oldu" - VİDEO

Türkiyənin “Anadolu” informasiya Agentliyi (AA) işğalçı Ermənistanın dünən törətdiyi Bərdədə terrorunun qurbanlarından biri olan Fazil Hacıyevdən yazıb.

Anadolu Agentliyinin yazdığına görə, terror aktı nəticəsində həlak olanlar arasında xanımı ilə həkimdən çıxaraq aptekə dərman almağa gedən 51 yaşlı Fazil Hacıyev də olub. Hacıyev Bərdənin Niftçi kəndində dəfn edilib.

Fazil Hacıyevin qardaşı mərhumun oğlunun torpaqlarımızın işğaldan azad edilməsi üçün davam edən döyüşlərdə olduğunu bildirib:

“Qardaşım 1993-cü ildə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Savaş meydanında ölmədi, amma aptekdən dərman alarkən vuruldu. Bir oğlu indi cəbhədədir və onun atasının vəfatından xəbəri yoxdur. Sadəcə atasının yaralı olduğunu bilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*