Teleaparıcı və aktyor Sərxan Kərəmoğlu canlı efirdə müğənni Şəbnəm Tovuzlunu Sibel Cana bənzədib.
KONKRET.az-ın məlumatına görə, “Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramında qonaqların gülüşünə səbəb olan sözlər söyləyib:
“İndi şou-biznesin ən məşhur müğənnisi Şəbnəm Tovuzludur. O, Azərbaycanın Sibel Canıdır”.
Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı aktyorun bu sözlərinə “Hara getdin çıxdın? Yaxşı görək… Amerikaya, Fransaya gedib çıxacaqsan” deyə münasibət bildirib.
