SEÇKİ BÖHRANI: Tiflisdə müxalifətin birliyi dağılırbackend

SEÇKİ BÖHRANI: Tiflisdə müxalifətin birliyi dağılır

Gürcüstandakı parlament seçkisinə 3 ay qalmış müxalifət partiyalarının yaratdığı Güc Birlikdədir koalisiyasından qopmalar başlayıb.

KONKRET.az xəbər verir ki, Yeni Gürcüstan Partiyasının sədri Georgi Vaşadze artıq koalisiyadan ayrıldığını elan edib. Son prezident seçkisində aktiv iştirakçı kimi koalisiyanın namizədi Qriqol Vaşadzeni müdafiə edən Georgi Vaşadze ilə bərabər, koalisiyanı Qanun və Ədalət Partiyası da tərk edib. Hər iki partiya birgə Aqmaşenebeli Strategiyası Platforması yaradaraq seçkiyə gedəcəklərini açıqlayıblar. Vaşadze isə hədəfinin Gürcüstanın baş naziri olmaq olduğunu bildirib.

Maraqlı məqam isə Vaşadzenin koalisiyadan “Edison Risöç” şirkətinin Gürcüstanda keçirdiyi sorğunun nəticələrini açıqlamasından sonra ayrıldığını elan etməsi olub. Belə ki, bu sorğuya əsasən, respondentlərin 59%-i növbəti seçkidə yeni partiyaların qələbə qazanmasını istədiklərini söyləyiblər. Üstəlik sorğuda respondentlər daha çox Vaşadzenin partiyasına güvəndiklərini deyiblər.

Güc Birlikdədir koalisiyasının üzvü olan Vahid Milli Hərəkat Partiyası Georgi Vaşadzenin addımını kəskin tənqid edib. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili isə Vaşadzenin qaranlıq tərəfə keçdiyini bildirib. O, baş verənləri Bidzina İvanişvilinin oyunları adlandırsa da, Vaşadze və İvanişvili arasında razılaşmanın olub-olmamasına dəqiq cavab verməyib.

Vaşadzenin Saakaşviliyə cavabı da gecikməyib. Gənc siyasətçi qaranlıq tərəfdə qalib gələcək qüvvə olduqlarını deyib.

Qeyd edək ki, Gürcüstandakı parlament seçkisi oktyabrda keçiriləcək.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*