Braziliya Prezidenti Jair Bolsonaro seçkilərin nəticələrini şərh etməyib.
KONKRET.az xəbər verir ki, bu barədə “Folha de S.Paulo” qəzeti yazıb.
Prezidentin köməkçisi Mauro Sezar Cid bildirib ki, Bolsonaro nazirləri qəbul etməyib və yatmağa gedib.
Nəşrin məlumatına görə, o, günün ikinci yarısını oğlu senator Flavio Bolsonaro ilə keçirib.
Qeyd edək ki, dövlət başçısı postuna səsvermə zamanı 50,9% səslə Luis İnasio Lula da Silva qalib gəlib. Jair Bolsonaro isə 49,1% səs yığıb.
İqbal Rzayev,
KONKRET.az
