Səddamın tapancası Buşun əlinə necə keçib? – ƏTRAFLIbackend

Səddamın tapancası Buşun əlinə necə keçib? - ƏTRAFLI

20 il ötdükdən sonra ABŞ-ın elit hərbi qüvvələrində xidmət etmiş veteran Səddamın həbsi əməliyyatının yeni təfərrüatlarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, “Delta” xüsusi təyinatlılarının zabiti çavuş Kevin Holland deyib: “Səddamın həbsi zamanı ona söylədik: “Prezident Corc Buşdan sizə salam var”.

“Danger Close” adlı podkastda çıxış edən Holland bildirib ki, Səddamın sığınacağı ağac yarpaqları ilə örtülü olub. O və komandası kərpiclə hörülmüş dəliyi aşkarlayıb və içərisinə əl qumbarası atıb.

“Çuxurun içindən tüklü bir kişi peyda oldu və onu tutub dedik: “O`key! Odur”.

Amerikalı zabit həmin anı belə təsvir edib: “Komandamızda Səddamın orada gizləndiyini sübut edən məlumatlar vardı. Səddam yaxalayarkən əlində “Glock-18” revolveri tutmuşdu. Qrupumuzun bir üzvü silahını Səddamın ağzına tuşladı və tapancanı ondan aldı. Bu revolver sonradan Corc Buşa bağışlandı. Səddam həbs olunan kimi danışmaq istəyirdi…”//Yenisabah.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*