Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iki generalı vəzifəsindən azad olunub.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunlar Xidmətin Çağırış Baş İdarə rəisi general -mayor Çingiz Kiçikbəyov və Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyevdir.
Hər iki general sərəncama götürülüb.
Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib ki, müvafiq sərəncamla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb.
Qeyd edək ki, həmin Baş İdarələr ləğv olunmayıb.
