Səfərbərliklə Ukraynaya döyüşə gələn əsgərlərə çürümüş silahlar VERİLDİ – VİDEObackend

Səfərbərliklə Ukraynaya döyüşə gələn əsgərlərə çürümüş silahlar VERİLDİ - VİDEO

Səfərbərliklə Ukraynaya döyüşə gələn əsgərlərə paslı silahlar verilib.

KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Səfərbərlik çağırışı ilə Ukraynaya döyüşməyə gəlmiş ruslar onlara verilən silahlardan şikayətlənirlər. Onlara paslanmış, çürümüş avtomatlar verilib. Bu barədə internetdə silsilə videolar paylaşılır.

“Görün bizim oğlanlara necə çürümüş AK-lar verilib. Səfərbərlik etmək lazımdır, təchiz etmək isə ikinci dərəcəlidir. Tank taqımının döyüşçülərinə rəhbərlikdən “yeni” avtomatlar verilib.

Bizə ölümə “putyovka” verilib. Və bu, görmək şansınızın olduğu kiçik bir hissədir … Keyfiyyətli hücum bizim əlimizdədir.

Bu silahla mütləq qalib gələcəyik”, – deyə çağırışçılar bildiriblər.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*