Podolsk şəhər dairəsinin rəhbəri Dmitri Jarikov 47 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə rayon rəhbərliyi “VKontakte” səhifəsində məlumat yayıb.
“Ağrı və kədər onunla işləyən hər kəsin qəlbinə toxundu. Dmitri Vyaçeslavoviç Jarikovun ailəsinə dərin hüznlə başsağlığı veririk”, – mesajda deyilir.
Moskva vilayətinin başçısı Andrey Vorobyov da Jarikovun ailəsinə və yaxınlarına başsağlığı verib. O, mərhum haqqında “Gənc, məsuliyyətli, həssas ürəkli” yazıb.
İlkin məlumatlara görə, ölümün səbəbi infarkt olub.
Jarikov 9 noyabr 1975-ci ildə Tula vilayətinin Zaokski kəndində anadan olub. Moskva Suvorov Hərbi Məktəbini, Rusiya Müdafiə Nazirliyinin Hərbi Universitetini bitirib. Bu illər ərzində hərbi prokurorluq orqanlarında xidmət edib, Podolsk qarnizonunun hərbi istintaq şöbəsinə rəhbərlik edib.
O, 2022-ci il martın 9-dan bələdiyyənin başçısı vəzifəsinin icrasına başlayıb. Bundan əvvəl, 2009-2015-ci illərdə Podolsk şəhərinin administrasiyasında işləyib, hüquqi məsələlərə, əmlak və torpaq münasibətlərinə nəzarət edib.
Natiq Səlim,
KONKRET.az
