Şəhid olduğu deyilən yaralı XTQ zabitinin təxliyə görüntüsü — VİDEObackend

Şəhid olduğu deyilən yaralı XTQ zabitinin təxliyə görüntüsü — VİDEO

Salyanda şəhid olduğu barədə xəbəri gələn yaralı hərbçinin döyüş bölgəsində tapıldığı anların görünütləri yayılıb.

KONKRET.az xəbər verir ki, görüntüləri hüquq müdafiəçisi Emil Məmmədov paylaşıb.

Görüntülərdə 3 günlük axtrışlardan sonra tapılmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayevin ərazidən təxliyyəsi əks olunub.

Qeyd edək ki, Qarabağda antiterror əməliyyatı zamanı şəhid xəbəri çıxmış XTQ-nin 28 yaşlı zabiti Rəsul Ağayev  3 günlük axtarışlardan sonra tapılıb. Zabitimiz ayağından yaralı halda bataqlıq ərazidən tapılıb.

Döyüş yoldaşları ayağından yaralanmış Rəsula ilk yardım edərək hücumu davam etdirib geri qayıdan zaman onu qoyduqları yerdə tapa bilməmişdilər.

Salyan rayonunun Babazanlı massivindən olan Rəsul Ağayev 2 körpə qız uşağının atasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*