Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşdu: 6 nəfər xəsarət aldıbackend

Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşdu: 6 nəfər xəsarət aldı

Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus öncə “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb. Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*