Səkkizinci mərtəbədən yıxıldı, SAĞ QALDIbackend

Səkkizinci mərtəbədən yıxıldı, SAĞ QALDI

Rusiyanın Həştərxan vilayətinin Aleksandro-Marinsk xəstəxanasının həkimləri səkkizinci mərtəbənin pəncərəsindən yıxılan qadının həyatını xilas edə biliblər.

KONKRET.az xəbər verir ki, zərərçəkmiş mənzilində pəncərələri yuyarkən yıxılıb. Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, həkimlər ona beyin travması, kürək, onurğa və çanaq sümüklərinin sınığı, qaraciyərin cırılması, döş sümüyünün və qabırğaların qapalı sınığı diaqnozu qoyublar.

“Belə pasientlərin sağ qalma nisbəti çox aşağıdır, ona görə də onu xilas etmək üçün bütün gücümüzü səfərbər etmişik. Xəstəxananın bütün işçiləri onun həyatı uğrunda mübarizə apardı”, – deyə həkim travmatoloq Vladimir Şevçuk bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*