Şəmkir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.
KONKRET.az-ın məlumatına görə, hadisə şəhərin 1-ci küçəsində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində 2004-cü il təvəllüdlü Məhərrəm Məmmədov ölüb.
2004-cü il təvəllüdlü Telman Məmmədli və 2001-ci il təvəllüdlü Samir Pənahov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
