Nyu-Yorkda Nikol Paşinyana qarşı etiraz aksiyaları keçirilib.
KONKRET.az xəbər verir ki, Amerikada erməni ictimaiyyəti Nikol Paşinyanı “satqın” şüarları ilə qarşılayıb.
Onlar Paşinyanı əsgərlərin ölümündə günahkar hesab edirlər.
“Sən öldürülməlisən, Nikol”, – deyə onlar qışqırıblar.
Ermənilər yüksək səslə şüarlar səsləndirərək Paşinyanın avtomobilə yaxınlaşmağa cəhd ediblər.
Qeyd edək ki, Paşinyan iki gündür Nyu-Yorkdadır və orada BMT Baş Assambleyasında çıxış edib, bir sıra yüksək vəzifəli şəxslərlə görüşüb.
Xuraman Etibarlı,
KONKRET.az
