SEPAH-ın komandanı Azərbaycanla sərhəddə hərbçilərin döyüş hazırlığını YOXLADIbackend

SEPAH-ın komandanı Azərbaycanla sərhəddə hərbçilərin döyüş hazırlığını YOXLADI

İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının komandanı İranın Azərbaycanla sərhədlərinə səfər edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur ölkənin şimal-qərbində İranın Ermənistan və Azərbaycanla sərhəd bölgəsinə gedib.

Səfər zamanı Pakpur sərhədyanı bölgələrdə hərbi qulluqçularların döyüş hazırlığını, həmçinin “sayıqlıq və döyüş ruhunu” yüksək qiymətləndirib. O, həmçinin əsgərlərə “sayıqlıq və hazırlıq”ın ən yüksək səviyyədə saxlanmasının vacibliyini bildirib.

Qeyd edək ki, bundan əvvəl İİKK-nın quru qoşunlarının komandanı da İranın Azərbaycanla sərhədinə səfər edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*