SEPAH: “İran niyə Azərbaycanla müharibə etməlidir?”backend

SEPAH: "İran niyə Azərbaycanla müharibə etməlidir?"

SEPAH-ın təbliğat resursları Qafqazda genişmiqyaslı müharibə ehtimalı barədə xəbərdarlıq edir.

KONKRET.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) teleqram kanalında bu gün “İran Qafqaz müharibəsinə niyə girməlidir?” sərlövhəli məqalə dərc edilib.

Məqalədə iddia edilir ki, Azərbaycan guya İranın Rusiya ilə quru əlaqəsini kəsmək üçün Ermənistan ərazisinin bir hissəsini ələ keçirmək niyyətindədir. Bu da Avropaya və eyni zamanda İrana iqtisadi ziyan vurur.

“Ermənistanın Sünik (Zəngəzur – red.) vilayətinin “işğal”ı halında İranla Avropa və İranla Rusiya arasında quru əlaqəsi əməlli-başlı pozulacaq. İrana iqtisadi zərbə dəyəcək.

Bundan əlavə, İsrailin İrana qarşı törətdiyi qətllərdə və vandalizm aktlarında Bakının rolu göz qabağındadır.

Son illər Azərbaycan İsrailin əsas Asiya müttəfiqinə çevrilib, o, Bakıdan faktiki olaraq İran xalqına qarşı istifadə edir”, – məqalədə deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*