Serbiya prezidenti Aleksandr Vuçiç hər gün ölümlə hədələndiyini deyib.
KONKRET.az xəbər verir ki, Vuçiç hər gün 200-dən çox təhdid aldığını bildirib. Belqradda kütləvi etiraz aksiyları zamanı müxalifətin hərəkətinə münasibət bildirməsini xahiş edən jurnalistlərin suallarını cavablandırarkən, 2017-ci ildən hökumət əleyhinə nümayişlərdə davamlı olaraq təhdidlər eşitdiyini, artıq buna öyrəndiyini deyib:
“Mən respublikanın prezidentiyəm, mənim işim təhdidlərə dözməkdir. Serbiyanın daxili işlər naziri hər gün mənə qarşı 200-dən çox birbaşa təhdid edildiyini bilir. Mən bununla yaşayıram, öyrəşmişəm, respublikanın prezidenti və ya görkəmli siyasətçi olanda dözməyi öyrənməlisən”, – deyə Vuçiç bildirib.
Vəli Həsənov,
KONKRET.az
