Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası Azərbaycanla sərhəddə müşahidələrini davam etdirir.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, avropalı müşahidəçilər bu dəfə bir neçə maşında Laçın və Zəngilan rayonları ilə həmsərhəd ərazilərə gələrək, vizual müşahidələr aparıblar. Onlar binoklla ətrafı, o cümlədən Azərbaycan ərazilərini izləyiblər.
Azərbaycan sərhədçiləri Laçın rayonunun Fətəlipəyə və Zəngilan rayonunun Seyidli kəndi ərazisindən Avropa ittifaqının Müşahidə Missiyasının üzvlərinin həm avtomobillərlə, həm də piyada hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.