Şərqdə və İslam dünyasında ilk abidə kimə və hansı ölkədə ucaldılıb? – MARAQLI FAKTLARbackend

Şərqdə və İslam dünyasında ilk abidə kimə və hansı ölkədə ucaldılıb? – MARAQLI FAKTLAR

Azərbaycan Şərqdə və İslam aləmində bir sıra ilklərə imza atan ölkədir. Məsələn, Şərqdə və İslam aləmində ilk demokratik respublika Azərbaycanda qurulub. İlk dəfə qadınların səsvermə hüququnu tanıyan ölkə də Azərbaycan olub. Ümumiyyətlə isə Azərbaycan qadınlara səsvermə hüququnu tanımaqla dünyada üçüncü ölkə olub.

Bu gün Azərbaycana demokratiya, söz və səs azadlığı “dərsi” keçmək istəyən Qərb çox təəssüf ki, bu faktı görməzlikdən gəlir. Bu siyahını çox uzatmaq olar. Amma biz bu dəfə Azərbaycanın Şərqdə və İslam dünyasında imza atdığı daha bir ilk üzərində ətraflı dayanmaq istəyirik.

Sən demə Şərqdə və İslam dünyasında ilk abidə də Azərbaycanda ucaldılıb.

KONKRET.az bununla bağlı araşdırma aparıb. Məlum olub ki, Azərbaycanda insana ilk abidə1922-ci ildə Bakıda ucaldılıb. Abidənin müəllifi isə heykəltaraş Yakov Keylixis olub. Abidə isə görkəmli satira ustası, böyük şair Mirzə Ələkbər Sabirin olub. Sabirin abidəsi indiki İstiqlaliyyət küçəsində Qala divarlarının önündə ucaldılıb. Həmin abidə 1958-ci ilə qədər burada qalıb. Lakin həmin il hökümətin qərarı ilə abidənin yeri dəyişdirilib. Həmin abidənin yerində yenisi ucaldılıb. Amma bu dəfə dahi şair ayaq üstə yox, oturaq şəkildə təsvir edilib. Və həmin abidənin müəllifi isə heykəltaraş Cəlal Qaryağdı olub. Həmin abidə artıq 56 ildir ki, ucaldığı yerdə qalır.

Bəs, Yakov Keylixisin Mirzə Ələkbər Sabirə ucaltdığı heykəlin sonrakı taleyi necə olub?

Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, həmin heykəl hal-hazırda Balaxanıdakı Sabir parkındadır. 102 yaşlı heykəl artıq tarixi abidə sayılır. Və maraqlıdır ki, abidə illər keçməsinə baxmayaraq öz əzəmətini saxlayır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*