“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Tayyip Ərdoğanı devirmək planını işə salıb”backend

“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Tayyip Ərdoğanı devirmək planını işə salıb”

Səudiyyə Ərəbistanı Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın zəiflədilməsi və daha sonra vəzifədən getməsi ilə bağlı “strateji plan”ın gerçəkləşdirilməsinə başlayıb.

Qətər kökənli “Middle East Eye” saytı bununla bağlı Birləşmiş Ərəb Əmirlikləri ilə qonşu hökumətlər üçün konfidensial hesabatı əldə etdiyini xəbər verir. Xəbərdə Səudiyyə şahzadəsi və ölkənin faktiki lideri Məhəmməd bin Salmanın müxalif jurnalist Camal Qaşıqçının İstanbuldakı baş konsulluqda vəhşicəsinə öldürülməsindən sonra “Ərdoğanla həddən artıq dözümlü davrandığı, lakin artıq bundan sonra hərəkətə keçməyə qərar verdiyi” barədə cümlələr yer alıb.

Materialda qeyd olunur ki, rəsmi Ər-Riyad Qaşıqçı üzərində intiqam xarakterli qətlin beynəlxalq rezonans qazanmasında məhz Türkiyəni məsul tutur. Çünki Türkiyənin bununla bağlı təkzibedilməz sübutları sayəsində ABŞ kəşfiyyatı və Senat Məhəmməd bin Salmanın faciədə əli olduğunu etiraf etməyə məcbur qalmışdı.

“Middle East Eye” saytı Ər-Riyadın buna görə Türkiyə prezidenitnin bölgədəki nüfuzunu və təsirini azaltmaq üçün cavab zərbəsi endirməyə hazırlaşdığını xəbər edib. Plana görə, Səudiyyə Ərəbistanı Ərdoğan hökumətinə qarşı sərt təzyiq üsullarının hamısını işə salmalıdır. İlk növbədə isə Türkiyəyə Səudiyyə sərmayəsinin azaldılması, buraya turist axınının kəsilməsi və ən əsası Türkiyənin islam məsələlərində rolunun kiçildilməsi hədəflənir.

Səudiyyə rəhbərliyi bununla Ərdoğanın daxili problemlərə daha çox qapanacağını, səhvlər buraxacağını, ard-arda böhranlar sayəsində mətbuatın gözündən salınaraq devriləcəyini düşünür.

Saytın yazdığına əsasən, keçən həftədən Səudiyyə Ərəbistanı artıq planın icra hissəsinə keçməyə başlayıb. Belə ki, krallıq gömrüyü ölkənin şimalındakı Tabuk vilayətinin Duba limanında tekstil məmulatı və kimyəvi məhsul daşıyan 80 türk yük maşınını durdurub. Bundan başqa, Ciddə limanında Türkiyədən 300 yük maşını ilə gətirilən meyvə və tərəvəz ölkəyə buraxılmayıb.

Türkiyənin Turizm nazirliyinin məlumatlarına görə, son 6 ayda ölkəyə gələn səudiyyəli turistlərin sayında 15% azalma var. Kral Salman Ərdoğana qarşı düşmənliyini göstərmək üçün onu Məkkədə keçiriləcək İslam əməkdaşlığı təşkilatının zirvə toplantısına dəvət etməyib.

Lakin saytın xəbərində Türkiyənin iki ölkə arasındakı əlaqələri əsasən kralın özü ilə qurmğa çalışdığı bildirilir. Türkiyə prezidenti kral Salmanla bölgəsəl məsələləri və türk yüklərinin bloklanması ilə bağlı yaranan problemi müzakirə edib. Tayyip Ərdoğanın hətta kral Salman və bütün ailəsini, o cümlədən Məhəmməd bin Salmanı da Türkiyəyə dəvət etdiyi qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*