Şəxsiyyət vəsiqəsini girov saxlamaq qanunidirmi? – Vəkil elə şeylər açıqladı ki…backend

Şəxsiyyət vəsiqəsini girov saxlamaq qanunidirmi? – Vəkil elə şeylər açıqladı ki...

Müxtəlif hallarda vətəndaşlardan borc, xidmət və ya hər hansı öhdəliyin təminatı kimi şəxsiyyət vəsiqələrinin girov saxlanılması tələb olunur.

Bəs bu praktika qanunvericiliyə uyğundurmu?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, şəxsiyyət vəsiqəsinin qanunsuz şəkildə alınması və ya girov kimi saxlanılması yolverilməzdir.

Barassociation.az - Axtarışın nəticəsi

Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsi vətəndaşın şəxsiyyətini təsdiq edən rəsmi sənəd olduğundan onun üçüncü şəxslər tərəfindən girov qismində götürülməsi qanuna zidd hesab edilir.

“Şəxsiyyət vəsiqəsinin qanunsuz alınması və ya girov götürülməsi yolverilməzdir. Bu əmələ görə İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsində məsuliyyət nəzərdə tutulub. Həmin maddəyə əsasən, təqsirkar şəxslər 500 manatdan 800 manatadək cərimə edilə bilərlər”, – deyə vəkil vurğulayıb.

Fuad Məmmədov qeyd edib ki, vətəndaşlar belə hallarla qarşılaşdıqları zaman hüquq-mühafizə orqanlarına müraciət etməli və sənədlərinin geri qaytarılmasını tələb etməlidirlər.

Hüquqşünasın fikrincə, heç bir fiziki və ya hüquqi şəxs vətəndaşın şəxsiyyət vəsiqəsini girov qismində saxlamaq səlahiyyətinə malik deyil və bu cür hərəkətlər qanunvericiliyin tələblərinə ziddir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*