Silahlı şəxs bank işçilərini girov götürdübackend

Silahlı şəxs bank işçilərini girov götürdü

Livanın cənubundakı Sayda şəhərində silahlı şəxs bank binasında olan bir neçə nəfəri girov götürüb.

KONKRET.az xəbər verir ki, bu barədə “AlHadath” telekanalı məlumat yayıb.

Bildirilib ki, həmin şəxs oğlunun müalicəsi üçün 5 min dollar tələb edib.

Bank işçiləri tələb olunan məbləği verməkdən imtina etdikdən sonra silahlı əmanətçi onları girov götürmək qərarına gəlib.

Hadisənin təfərrüatları araşdırılır.

Qeyd edək ki, oktyabrın 7-də Livan Banklar Assosiasiyası narazı əmanətçilərin hücum təhlükəsi səbəbindən bütün bank ofislərinin beş gün müddətinə bağlandığını elan edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*